"Bu yarışma Türkiyədə olsaydı, onlar azərbaycanlını bu qədər vaxt oyunda saxlamazdılar”


Şou-biznes 12 Okt 2019 09:20:00 387 0

"Bu yarışma Türkiyədə olsaydı, onlar azərbaycanlını bu qədər vaxt oyunda saxlamazdılar”

"Maşın" realiti-şousunun 18-ci buraxılışının daha bir səsverməsi baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub. O, şəklinin atılacağını gözləmədiyini, şok yaşadığını etiraf edib.

Daha sonra Lalə tamaşaçılardan səs istəyərək "Bunu gözləmirdim. Oyunda qalmaq istəyirəm. Çox rica edirəm, mənə səs verin" sözlərini deyib.

Aparıcı əvvəl hədəfinin Suna Kasımoğlu olduğunu bildirsə də, daha sonra fikrindən vaz keçib:

"Heç kim məndən inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını bu qədər uzun müddət oyunda saxlamazdılar".

Lalənin bu sözləri proqramın aparıcısı, Xalq artisti Murad Dadaşov və digər iştirakçılar tərəfindən qınanılıb.