Neft kəskin bahalaşıb


Digərləri 12 Okt 2019 09:29:00 197 0

Neft kəskin bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,39% artaraq 1 barelə görə 60,51 dollar təşkil edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,15% artaraq 54,70 dollar təşkil edib.

Qeyd edək ki, neftin kəskin bahalaşması Qırmızı dənizdə İran tankerinə hücum xəbəri fonunda baş verib.