BDUnun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar FOTO


Digərləri 12 Okt 2019 08:53:00 245 0

BDUnun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar  FOTO

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin II kurs tələbələri və magistrları "Astrofizika" kafedrasının müdiri vəzifəsini icra edən dosent Kəmalə Alışeva və kafedranın müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə "Ümumdünya Kosmos həftəsi" çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.

Səfər zamanı tələbələrə maraqlı mühazirələr oxunub. Rəsədxananın "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, dosent Bayram Rüstəmov tələbələrə rəsədxananın strukturu və burada aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məlumat verib, "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri Ədalət Ətayi "Astronomiyanın tarixi" mövzusunda məruzə ilə çıxış edib.

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov qurumun 2 metrlik teleskopu və istifadə olunan astronomik cihazlar barədə tələbələrə ətraflı məlumat verib.

Böyük marağa səbəb olan rəsədxana ekskursiyası zamanı mövzular üzrə tələbələri maraqlandıran suallar cavablandırılıb.