Yaponiyada qasırğa səbəbindən təxminən 2 min reys təxirə salınıb


Digərləri 12 Okt 2019 08:46:00 254 0

Yaponiyada qasırğa səbəbindən təxminən 2 min reys təxirə salınıb

Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1929 aviareys təxirə salınıb

Bakı. Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1929 aviareys təxirə salınıb. Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, beynəlxalq istiqamətlərdə "Japan Airlines Corporation" (JAL), "All Nippon Airways" (ANA) və "Peach Aviation" aviaşirkətləri 262 aviareysi, daxili istiqamətlərdə isə JAL və ANA aviaşirkətləridə daxil olmaqla 13 aviadaşıyıcı 1667 aviareys təxirə salıb. Qeyd edək ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.