Türkiyə Suriyada 399 PKK terrorçusunu zərərsizləşdirib


Dünya 12 Okt 2019 08:33:00 282 0

Türkiyə Suriyada 399 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" əməliyyatı çərçicəsində 399 PKK terrorçusunu zərərsizləşdiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Fərat çayının şərqində uğurla davam edən "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD terrorçularının sayı 399 nəfər çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.