“Android” sisteminin yaradıcısı yeni smartfon nümayiş etdirib


Digərləri 12 Okt 2019 08:15:00 265 0

“Android” sisteminin yaradıcısı yeni smartfon nümayiş etdirib

"Essential" şirkətinin baş direktoru və "Android" əməliyyat sisteminin yaradıcısı Endi Rubinin "Twitter" səhifəsində yeni "Essential Phone 2" (ad şərtidir) smartfonunun prototipinin olduğu ehtimal edilən sensor ekrana malik "GEM" adlı qurğunun fotoşəkilləri dərc edilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, dərc edilən fotoşəkillər və videoçarxlarda ətraflı təsvir olunan qurğu smartfondan daha çox, uzaqdan idarəetmə pultuna bənzəyir.

Yeni qurğu nazik çərçivəli ekran, sol yuxarı küncdə yerləşən ön kamera ilə təchiz edilib. Bundan başqa, smartfonun yuxarı hissəsində naviqasiya düymələri, eləcə də dinamik quraşdırılıb.

Ekranda "Təqvim", "Xəritə", "Hava", eləcə də "Uber" əlavələri yerləşir.

(adsgarden = window.adsgarden || []).push({});