Klausun ilk rəsmi fraqmentini yayımlandı VİDEO


Digərləri 12 Okt 2019 08:01:00 228 0

Klausun ilk rəsmi fraqmentini yayımlandı  VİDEO

Netflix hər gün platformasına yeni məhsullar əlavə edir. Qarşıdan gələn Milad üçün yeni məzmun üzərində işləyən Netflix, cizgi film Klaus-un ilk rəsmi fraqmentini təqdim etdi.

Son.az chip.az-a istinadən bildirir ki, Jesper Johansen adlı poçtalyonun başına gələn hadisələrdən bəhs edən Klaus animasiyasındakı hadisələr Smeerensburg adlı bir şəhərdə cərəyan edir. Belə ki, Klaus adlı bir oyuncaq istehsalçısının macəralarını izləyəcəyimiz animasiyanı Jason Schwartzman və J.K Simmons kimi  oyunçular səsləndirir. Filmin əsas mövzusu, şəhərin darıxdırıcı bir yer olduğunu görən Jesper-in, bunu dəyişdirmək və şəhəri daha əyləncəli bir yerə çevirmək üçün cənab Klaus ilə birlikdə çalışmasıdır.

Öncə də yayımlanan eyni adlı qısa cizgi filminin uzun bir versiyası olaraq görünəcək olan Klaus, maraqlı Milad filmi olacaq kimi görünür. 15 noyabr tarixindən etibarən Netflix-də animasiyanı izləmək mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});