Kaliforniyada yanğınlar səbəbindən təxminən 100 min nəfər təxliyə edilib


Dünya 12 Okt 2019 07:55:00 262 0

Kaliforniyada yanğınlar səbəbindən təxminən 100 min nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında təbiət yanğınları səbəbindən təxminən 100 min nəfər təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Los-Anceles şəhərinin polis bölməsinin "Twitter" səhifəsində bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, alov ştatın ərazisində artıq iki min hektara yaxın ərazini məhv edib.

Bildirilir ki, azı 25 min ev təxliyə edilib.