Bədii gimnastika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib


Digərləri 11 Okt 2019 23:35:02 225 0

Bədii gimnastika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

В пятницу в Национальной арене гимнастики в Баку прошла церемония награждения победителей и призеров 26-го первенства Азербайджана и Баку по художественной гимнастике и пятого первенства Азербайджана и Чемпионата Баку по аэробной гимнастике

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatının qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, bədii gimnastika üzrə yarışlarda çoxnövçülükdə fərdi çıxışların (alətsiz hərəkətlər, halqa və gürzlərlə hərəkətlər) nəticələrinə əsasən "körpələr" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) qaliblər müəyyən olub. 2009-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri Gövhər İbrahimova (42.550 bal), ikinci yeri - Sofiya Məmmədova (41.200 bal), üçüncü yeri isə Səkinəxanım İsmayılzadə (40.700 bal) tutublar. Gimnastların hər biri "Ocaq Sport" klubunun təmsilçiləri olub. 2010-cu il təvəllüdlü gimnastlar arasında ən yaxşı nəticəsində Nəzrin Salmanlı göstərib (41.900 bal), ikinci yerdə İlahə Bahadurova (39.400 bal), üçüncü yerdə isə Şəms Ağahüseynova (38.650 bal) qərarlaşıblar. Gimnastlar "Ocaq Sport" klbunun təmsilçiləri olub. 2011-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Yelizaveta Yefremova (36.300 bal), ikinci yeri Alina Kolesnikova (35.650 bal), üçüncü yeri isə Lalə Əzizzadə (34.950 bal) tutublar. Y.Yefremova Bakı Gimnastika Məktəbini, A.Kolesnikova və L.Əzizzadə isə "Ocaq Sport" klubunu təmsil ediblər. "Körpələr" yaş kateqoriyasında (2011-2012-ci il təvəllüdlü gimnastlar) aerobika gimnastikası üzrə fərdi proqramda birinci yeri Səid Əliyev (13.350 bal), ikinci yeri Arif Məmmədzadə (12.850 bal), üçüncü yeri isə Əkbər Məmmədli (12.116 bal) tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunun yetirməsidir. "Körpələr" yaş kateqoriyasında qızlar arasında fərdi proqramda birinci yeri Ayan Ağayeva (15.183 bal), ikinci yeri Aydan Məlikova (14.366 bal) və Mehin Məmmədli (14.366 bal), üçüncü yeri isə Qəmər Ağaqulu (14.216 bal) tutublar. Aydan Məlikova "AyUlduz" klubunu, digər gimnastlar isə "Ocaq Sport" klubunu təmsil ediblər. Aerobika gimnastikası üzrə "uşaqlar" yaş kateqoriyasında (2008-2010) qızlar arasında fərdi proqramda birinci yeri Məryəm Topçubaşova (16.950 bal), ikinci yeri Evelina Kozlovskaya (16.350 bal), üçüncü yeri isə Fidan İbrahimova (16.250 bal) tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edib.