İran tankerinə hücumdan sonra neft qiymətləri artıb


Dünya 11 Okt 2019 23:00:00 344 0

İran tankerinə hücumdan sonra neft qiymətləri artıb

Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.

Son.az Trend-ə istinadən bildirir ki, dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib.

Belə ki, "Brent" markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, "Light" markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.

Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib.