Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi Təbii Viaqra, 100 dərdin dərmanı


Digərləri 11 Okt 2019 23:15:00 271 0

Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi  Təbii Viaqra, 100 dərdin dərmanı

Təbiətin möcüzəvi bitkilərindən sayılan tırtıl göbələyi Çin təbabətində mühüm bir yerə sahibdir.

Əsasən yarçaqumba kimi tanınan bu nadir qida göbələk növüdür. Bu göbələklərin formaları da fərqlidir. Əsasən Tibet və Himalayadan toplanılır. "Himalay "Viaqra"sı" adlandırılan bu göbələyin ən çox bitdiyi məkan Jajarkot bölgəsidir. Bu göbələklərin başı torpaqdakı tırtılları tutur, öldürür və onlar göbələyin baş hissəsinə keçir. Daha sonra göbələk tırtılıın bədənində böyüyür.

Son.az medicina.az-a istinadən bildirir ki, yarçaqumbaya olan tələbatın çox yüksək səviyyəyə çatması Nepalın əyalət bölgələrində məktəbli və tələbələrin bu göbələyin yığımı ilə məşğul olmasına səbəb olub. Yarçaqumba sözünün mənası tibet dilində "yayda ot, qışda qurd" deməkdir.

Əsrlər boyu tənəffüs pozğunluqları, astma və ağciyər infeksiyaları ilə mübarizədə istifadə edilib. Çinlilər onu 'super qida' adlandırır. 

Bundan başqa adı çəkilən bitki müxtəlif xəstəliklər zamanı da istifadə olunur. Təbii immun gücləndirici dərmandır İmmunitet sistemi üçün təhlükə sayılan infeksiya və digər xəstəliklərin aradan qaldırılması və immunitet sisteminin normallaşdırılması üçün istifadə olunur.

Həmçinin stres və yorğunluqla mübarizə aparır. Təbii enerji mənbəyidir . Olduqca baha olan bu göbələyin bir kilosu qara kürünün on qatı bahasına, təqribən 20 min dollara satılır.

Xərçəngi müalicə edir?

Bəzi təcrübələr göstərir ki, tırtıl göbələyi xərçəng xəstələri üçün də faydalıdır. Kimya terapiyasından sonra yeyilərsə, şiş hüceyrələrinin azalmasına kömək olur. Eyni zamanda bədənin müdafiə mexanizmini artırır.

(adsgarden = window.adsgarden || []).push({});