Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir


Digərləri 11 Okt 2019 22:38:34 296 0

Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir.

Bakı. İlhamə İsabalayeva - Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir. Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.