Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi


Digərləri 11 Okt 2019 22:19:36 305 0

Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi

Bakıda usta orta məktəbdə xəsarət alıb.

Bakı. Samir Əli - Bakıda usta orta məktəbdə xəsarət alıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, 17 saylı orta məktəbdə baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov İlyamin Elman oğlu həmin məktəbdə təmir işləri görərkən əlindəki dəmirkəsənin daşı qırılıb. Hadisə nəticəsində İ.Cəfərovun sifətinin sol tərəfi kəsilib.