Vazelinin bu qədər faydalı olduğunu bilmirdiniz Çox təəccüblənəcəksiniz


Digərləri 11 Okt 2019 21:45:00 233 0

Vazelinin bu qədər faydalı olduğunu bilmirdiniz  Çox təəccüblənəcəksiniz

Vazelin illər əvvəl Amerikalı kimyaçı tərəfindən kəşf edilmişdir. Son.az medicina.az-a istinadən bildirir ki, bu məhsulu araşdırmadan əvvəl iflas ərəfəsində olan Robert Çesebroq neft quyularını araşdırmağa getdi. Burada bir maddənin işçilərin işlərini çətinləşdiyini , eyni zamanda yaralarına xeyri olduğunu müəyyən edib.

1859-cu ildə kəşf edilən məhsul, əvvəlcə "neft geli" adı ilə satışa çıxarılan bu məhsul, daha sonra vazelin adı ilə məşhurlaşçdı.Xüsusilə kosmetika sahəsində istifadə olunan bu məhsul qoxusuzdur, lakin müxtəlif  istehsalçı markalar tərəfindən ətirli formasıda istehsal olunub. 

Dəriyə qulluqda geniş istifadə olunan bu məhsul, əsasən intensiv nəmləndirmə xüsusiyyəti ilə dəridəki çatların müalicəsində istifadə olunur. Bəs vazelinin faydaları nələrdir?

- Dərini daha parlaq edir. Dəridəki çatları aradan qaldırır.  Bitlərin müalicəsi üçün saçlara tətbiq oluna bilər, amma sonra saçları darağ ilə daramaq lazımdır. Az miqdarda istifadə edildikdə sızanaqları aradan qaldırır. Yağlı bir məhsul olduğundan, qədərindən çox istifadə edildikdə  dəridə sızanaq yarada bilər.

- Üzünüzü nəmləndirmək üçün istifadə edə bilərsiniz, ancaq əridib istifadə etsəniz daha məqsədə uyğundur. Beləliklə, dərinizdəki  məsamələriniz tıxanmaz.

- Mütəmadi olaraq qaşlarınıza və kirpiklərinizə tətbiq etsəniz, qaşlarınız qabarıq olacaq və tökülməsinin qarşısını alacaq. Yatmadan əvvəl tətbiq olunarsa, yeni  qaşların çıxmasına kömək edər.

- Bundan əlavə, istifadə etdiyiniz ətirlərin qalıcı olmasını istəyirsinizsə, ətirdən əvvəl həmin hissələrə vazelin vurun və daha sonra üzərinə ətir sıxın. 

- Dodaq boyası vurmamışdan öncə vazelin vursanız daha parlaq nəticə əldə edəcəksiniz. Bu həm də dodaqlarınızı çatlamaqdan qoruyur. 

- Günəş yanıqları zamanı vazelini  zeytun yağı ilə qarışdırıb qarışdırıb yanan hissələrə çəksəniz  yaranız qısa müddətdə sağalacaq.

(adsgarden = window.adsgarden || []).push({});