Bakıda piyada 2 avtomobillə vuruldu, hadisə yerində keçindi


Digərləri 11 Okt 2019 21:47:08 227 0

Bakıda piyada 2 avtomobillə vuruldu, hadisə yerində keçindi

Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi "Wolkswagen" markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.