IFC-nin Azərbaycandakı layihə rəhbəri ilə əmək qanunvericiliyi müzakirə edilib (FOTO)


Digərləri 11 Okt 2019 20:45:00 237 0

IFC-nin Azərbaycandakı layihə rəhbəri ilə əmək qanunvericiliyi müzakirə edilib (FOTO)

Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsi”nin yeni rəhbəri ilə görüş olub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsinin yeni rəhbəri Yekaterina Avaliani ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Y.Avalianini yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramı barədə məlumat verib. Aparılan islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin mütərəqqi təcrübələr əsasında təkmilləşməsinə yönəldiyini vurğulayıb. M.Kərimli İFC-nin “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” çərçivəsində ötən dövrdə aparılmış işlərin, o cümlədən ekspert missiyalarının Azərbaycana səfərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihə, eyni zamanda, əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində qabaqcıl təcrübələrə əsaslanan risk əsaslı nəzarət modelinin hazırlanmasına, əmək müfəttişliyi sisteminin institusional potensialının artırılması ilə bağlı digər məsələlərdə önəmli dəstəkdir. Nazir müavini yeni təyin olunan layihə rəhbərinin iştirakı ilə bu istiqamətdə müzakirələrin, işçi qrupları formatında görüşlərin davam edəcəyini deyib. Nazir müavini yeni yaradılan Əməyin Mühafizəsi Fondu barədə də layihə rəhbərinə məlumat verib.