Ekspert: Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir


Digərləri 11 Okt 2019 20:35:00 252 0

Ekspert: Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir

Xroniki böyük dövlət şovinizmi diaqnozundan əziyyət çəkən Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir

Bakı. Mətanət Nəsibova - Xroniki böyük dövlət şovinizmi diaqnozundan əziyyət çəkən Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir, ona görə də təəccüblü deyil ki, Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını dəstəkləməkdə davam edir. Bunu Trend-ə rusiyalı ekspert Dmitri Verxoturov deyib. Onun sözlərinə görə, erməni nasist Qaregin Njdeyə Yerevanda heykəl qoyulması bunun bariz nümunəsidir: “Qaregin Njdenin qəhrəmanlaşdırılması Qarabağda erməni başkəsənin birbaşa iştirak etdiyi etnik təmizləmələri dəstəkləməkdən başqa bir şey deyil. Ona görə də təəccüblü deyil ki, Yerevanda faşizm ideologiyasını dəstəkləyirlər. Qareginə heykəl qoymaqla erməni ictimaiyyəti onu milli mövcudluq ideologiyasının banisi kimi qələmə verməyə çalışır”. D.Verxoturov qeyd edib ki, Ermənistanın indiki acınacaqlı vəziyyəti ölkənin çıxılmaz siyasi kursunun nəticəsidir: