“Qızımı mənə göstərmirdi”
Kriminal 11 Okt 2019 20:11:00 258 0
Beyləqanda boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Beyləqan rayonunda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürən Namiq İsmayılov rayon polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
İlkin ifadəsində N.İsmayılov qətli keçmiş həyat yoldaşından boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.
Son.az
Mənbə: milli.az