Bir fotoya görə Lopezdən 150 min tələb olunur


Digərləri 11 Okt 2019 20:04:00 225 0

Bir fotoya görə Lopezdən 150 min tələb olunur

Müğənni Cennifer Lopez məhkəməyə verilib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin 2017-ci ildə sosial şəbəkədə paylaşdığı fotodur. 

Pop ulduz 2 il əvvəl rəsmi səhifəsinin hekayə bölməsində sevgilisi Alex Rodriguezlə fotosunu yayıb. Şəkil cütlük Nyu-York küçələrində gəzərkən çəkilib. Lakin CeyLo paylaşımda müəllifi qeyd etməyib. 

Fotonun onlara aid olduğunu iddia edən "Splash" xəbər portalı sənətçidən şikayətçi olub. Portal məhkəməyə müraciət edərək qarşı tərəfdən 150 min dollar tələb ediblər.

(adsgarden = window.adsgarden || []).push({});