Gəncədə qonşuların torpaq davası qətllə nəticələndi


Kriminal 11 Okt 2019 20:09:00 324 0

Gəncədə qonşuların torpaq davası qətllə nəticələndi

Gəncə şəhərində qonşular arasında dava qətllə nəticələnib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində "Dəmiryolu" adlanan yaşayış massivində baş verib.

Həmin ərazidə yaşayan Gəncə şəhər sakini Akif İsrafilov qonşusu, 1990-cı il təvəllüdülü Zeynal Kərimov ilə torpaq sahəsi üstə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə A.İsrafilov evində saxladığı ov tüfəngi ilə atəş açaraq Z.Kərimovu qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nnəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.