Nazirlik: Süni göllərdə balıq yetişdirilməsində problemlər var


Digərləri 11 Okt 2019 19:47:00 263 0

Nazirlik: Süni göllərdə balıq yetişdirilməsində problemlər var

Azərbaycanda süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin direktoru Xaliqverdi Hüseynov deyib.

Direktor Azərbaycanda ötən ilin statistikasına görə, təxminən 10 min hektara qədər ərazidə nohur balıqçılığının fəaliyyət göstərdiyini açıqlayıb:

"Nohur təsərrüfatlarının qida və başqa zəruri vasitələrlə təmin olunması ilə bağlı nazirlik olaraq əməli fəaliyyətə başlamışıq. Bir neçə ilə bazarları süni göllərdə yetişdirilən balıqlarla təmin etməyə çalışacağıq. Bilirsiniz ki, süni göllərdə yetişdirilən balıqlar əsasən payız aylarında bazara çıxarır. Bu da balıq qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır".