Ölkədə balıq ehtiyatları azalıb


Digərləri 11 Okt 2019 19:59:00 252 0

Ölkədə balıq ehtiyatları azalıb

Ölkədə balıq ehtiyatları 10-15 ildən artıqdır ki azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür:

"Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən suya 1 qram çəkidə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi belə deyil. Bu il nazirliyin balıqyetişdirmə müəssisələrində yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kür çayına buraxıldı. Onların yaşaması 70-80 faizdir. Həmin müəssisələrdə bu il yetişdirilib buraxılan balıqların əksəriyyəti isə 100 qram idi. Bu çəkidə olan balıqların isə yaşaması 90-100 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk".

H.Əlizadə balıq ehtiyatlarının azalmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər problemlər balıq ehtiyatlarını azaldır.