Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşamasına nəzarət gücləndirilir


Digərləri 11 Okt 2019 19:41:00 222 0

Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşamasına nəzarət gücləndirilir

Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarət gücləndirilir.

Bakı. İlhamə İsabalayeva - Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarət gücləndirilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında məlumat verilib. İclasda qeyd edilib ki, Ailə məcəlləsində, Mülki-Prosessual və Mülki məcəllələrdə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər ölkə prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.