Kiyevdə azərbaycanlılardan ibarət dəstə tutuldu


Kriminal 11 Okt 2019 19:14:00 282 0

Kiyevdə azərbaycanlılardan ibarət dəstə tutuldu

Kiyevdə altı Azərbaycan vətəndaşından ibarət dəstənin üzvləri saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar Kiyev vilayətinin Kaqarlits rayonunda evlərdən birinə basqın etməkdə ittiham edilir.

Bununla bağlı Ukrayna Milli Polisinin Cinayət Təhqiqatı İdarəsindən məlumat verilib. 

Bildirib ki, oktyabrın 11-i gecə saatlarında onlar 48 yaşlı rayon sakininin evinə girərək, onu döyüb, daha sonra isə oğlunun əl qolunu bağlayıb və pul tələb edib. Dəstə üzvlər evdən 37 min dollar (təxminən 63 min AZN - red.) və 40 min qriven (təxminən 2800 AZN - red.) pul götürüb. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində "Kremenets-Rjişev" magistralında "Opel-Astra" markalı avtomobil saxlanılıb. 

Axtarışlar nəticəsində evdən götürülmüş vəsait avtomobildən aşkarlanıb.