Gürcüstanda intihara cəhd halları artıb


Dünya 11 Okt 2019 18:39:00 269 0

Gürcüstanda intihara cəhd halları artıb

Gürcüstanda intihara cəhd və özünəqəsd halları artıb.

Cari ilin birinci yarısında Gürcüstanda 219 intihara cəhd halı qeydə alınıb və 207 nəfər bu yolla dünyasını dəyişib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın Ombudsmanı Nino Lomdcariya məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ildə 389 intihar və 477 intihara cəhd halı qeydə alınıb və 389 nəfər özünəqəsd edərək ölüb.

Ombudsman deyib ki, psixoloji sağlamlıq ölkədə problemli sahələrdən biridir. Dövlət bu xəstəliyə qarşı mübarizəyə dair xüsusi proqramın hazırlanmasının vacibliyini qeyd etsə də, hələlik belə bir proqram qəbul olunmayıb.