Mədəniyyət naziri Rusiya nümayəndə heyəti ilə görüşüb (FOTO)


Digərləri 11 Okt 2019 18:30:00 236 0

Mədəniyyət naziri Rusiya nümayəndə heyəti ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, görüşdə Rusiya Federasiyasının Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Yuliya Adqamova, Dağıstan Respublikası Xalq Yaradıcılıq Evinin direktoru Mariyan Muqatova və Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Nataliya Lapşına iştirak edib. Əbülfəs Qarayev qonaqları salamlayaraq Azərbaycanın Rusiya Federasiyası ilə mədəniyyət sahəsində əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində uğurla əməkdaşlıq edir, teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Nazir ölkəmizin zəngin mədəniyyəti, mədəni irs nümunələri haqqında qonaqlara məlumat verib. Bildirib ki, mədəni irsin qorunması və təbliğində beynəlxalq əlaqələrə və mütərəqqi təcrübəyə xüsusi önəm verilir. Əbülfəs Qarayev bu ilin yayında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirildiyini xatırladıb. Vurğulayıb ki, bu sessiyada Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayının təşkilatın Dünya irs siyahısına salınması ölkəmizin zəngin mədəni irsə sahib olmasının daha bir əyani sübutu oldu.