Premyer Liqada sentyabrın ən yaxşıları açıqlandı


İdman 11 Okt 2019 18:30:00 364 0

Premyer Liqada sentyabrın ən yaxşıları açıqlandı

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu ada Arsenal-ın hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb.

Qabonlu forvard ötən ay ərzində meydana çıxdığı 4 oyunda 5 qola imza atıb. Bu, ulduz futbolçunun ikinci analoji mükafatıdı. O, 2018-ci ilin oktyabrında da ən yaxşı seçilmişdi.

Obameyanq bu yarışda Trent Aleksander-Arnold (Liverpool), Kevin De Bruyne, Riyad Mahrez (hər ikisi Manchester City), Heun Min Son (Tottenham), Rikardo Pereyera (Leicester), Kallum Uilson (Bournemouth) və Con Makqinni (Aston Villa) qabaqlayıb.

Həmçinin ayın ən yaxşı baş məşqçisi də müəyyənləşib. Sentyabrda Liverpool-a 3 matçda 3 qələbə qazandıran Yurgen Klopp həmkarlarını qabaqlayıb.

Qeyd edək ki, ayın ən yaxşısı azarkeşlər, Premyer Liqa klublarının kapitanları və ekspertlər arasında seçilir.