Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib


Digərləri 11 Okt 2019 18:14:00 289 0

Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "Asan xidmət" mərkəzlərinə keçib. Artıq bu yolla məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasına təminat yaradır: "Həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb, onlara müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda milli park ərazilərində şərait yaradılıb. Elə bu yaxınlarda Abşeron milli parkında çox gözəl tədbir keçdi. Bu məsələlər ardıcıl olaraq davam etdirilir və etdiriləcək".

Nazirlik rəsmisi qeyd edib ki, son dövlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir:

"Bəli bu sahədə ciddi problemlər var. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan və bu gün də, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyard dollara qədər qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının təxminən 2/5-i (qeyri-rəsmi daha da çox) brakonyerliyin payına düşür.