ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib


Digərləri 11 Okt 2019 18:12:00 224 0

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

Bakı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018/2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb. Qərara əsasən Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib. Azərbaycan Dillər Universitetinin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub. Eyni zamanda Azərbaycan Dillər Universitetinin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab olunub. ADU-nun ali təhsil müəssisəsi kimi 2019-2024-cü illər üçün akkreditə olunmuş ixtisasların (ixtisaslaşmaların) siyahısı da dərc olunub. Akkreditasiya haqqında Azərbaycan Respublikasın Təhsil Nazirliyinin sertifikatı Azərbaycan Dillər Universitetinə təqdim olunub.