Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib (FOTO)


Digərləri 11 Okt 2019 18:05:00 275 0

Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib (FOTO)

Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib.

Bakı. Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.