İraqda düşərgələrdə yaşayan 64 özbək uşaqdan


Dünya 11 Okt 2019 17:34:00 301 0

İraqda düşərgələrdə yaşayan 64 özbək uşaqdan

İraqda düşərgələrdə yaşayan və valideynlərini müharibədə itirən 64 özbək uşağı oktyabrın 11-də vətənə gətirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaqların 39-u oğlan, 25-i qızdır. Onların 14-ü üç yaşına qədər olanlardır. Uşaqların ataları döyüşlərdə ölüb, anaları isə müharibədə birbaşa və ya dolayısı ilə iştirak etdiklərinə, sülh prosesinə zərbə vurduqlarına görə 10 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum olunublar.

Bir neçə ay bundan əvvəl isə İraq və Suriyadan 56 uşaq Özbəkistana gətirilib.