Paşinyanın casusla yazışması üzə çıxdı


Digərləri 11 Okt 2019 17:44:00 265 0

Paşinyanın casusla yazışması üzə çıxdı

Ermənistanda təsadüfən olub-olmadığı bilinməsə də avtomobil piyadanı vurub. Nəticədə piyada ciddi xəsarət alıb. Piyadanın kimliyi isə maraq doğurub. Belə ki, xəsarət alan şəxs erməni hökumətinin casusu Styopa Səfəryan olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Səfəryanın hadisə yerində telefonunu itirdiyini yazıb. Bundan bir neçə saat sonra isə onun hökumət üzvləri və şəxsən Nikol Paşinyanla gizli yazışmaları sosial şəbəkələrdə yayılıb.

Səfəryanın Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyanla yazışmasından:

Səfəryan: 20 saxta xəbəri saxlayıram, artıq məndə bölünmə baş verir, dostum, nəsə edin, Sedanın (erməni porno ulduz Seda, Səfəryanın bacısı) məsələsini həll edin.

Karapetyan: Bunu necə təsəvvür edirsiniz, büdcədən verməli deyilik ki?

Səfəryan: Qurbanlara (1 mart hadisələrinin qurbanları nəzərdə tutulur - red.) 25 milyon söz verilib, bir az əlavə edin, qoy Seda onlarla danışıb əlavəni götürsün.

Karapetyan: Yaxşı, indi onunla (Nikol Paşinyan) danışım, görüm nə deyir.

Səfəryan: Yaxşı.

Karapetyan: "Bratan", danışdım. Dedi ki, 30 eləyək, siz də öz 5-nizi götürün, ancaq bunu da yoldaşlarla bölüşün.

Səfəryan: Bəli, əlbəttə.

Karapetyan: "Bratan", Canquya da oradan verilməlidir (Söhbət vergi idarəsinin rəisi Qarik Cangiryandan gedir).

Səfəryan: Bu əclafa nəyə görə? O öz danışığı ilə daha çox ziyan vurur. Onu məndən uzaq tutun, prokuror olmaq istəyirsə, qoy, özü üçün qazansın.