Bir gündə əkiləcək 650 min ağac hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq


Digərləri 11 Okt 2019 17:47:00 331 0

Bir gündə əkiləcək 650 min ağac hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gün ərzində əkiləcək 650 min ağac sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə müstəqil ekspert Məhərrəm Mehdiyev deyib.

Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün böyük maraqla qarşılandığını vurğulayav M.Mehdiyev qeyd edib ki, bu təşəbbüs təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə çox böyük xidmət göstərəcək. Bu səbəbdən də həmin xeyirxah təşəbbüsün həyata keçirilməsi üçün hər kəs öz töhfəsini verməlidir:

"Əbəs yerə meşələri təbiətin "ağciyəri" adlandırmırlar. Ağaclar təkcə təbiətin gözəlliyi, zümrüd donu, yaşıl libası deyil, həm də çox böyük sağlamlıq mənbəyidir. Dünyanın bütün iri şəhərlərində yaşıllıqlar salınması ilə əlaqədar mühüm kampaniyalar aparılır və əkilən ağaclar gözəllik mənbəyi olmaqla yanaşı, həm də əhalini oksigenlə təmin edir. Xüsusilə, iri istehsal və sənaye müəssisələri, zavodlar olan yaşayış məntəqələrinin ətrafında belə tədbirlərin aparılması sağlamlıq üçün çox böyük qayğı deməkdir".

Bu faydalı təşəbbüsü dünyanın, ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addım sayan ekspert əlavə edib ki, bu addım ölkəmizin 2015-ci ildə Parisdə iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının XXI konfransında götürdüyü öhdəliyin yerinə yetirilməsi baxımından da çox uğurlu olacaq.