"Sazı qoy evə, müğənnilik elə" Zaur Kamal aşıq Telli Borçalıya söz atdı


Şou-biznes 11 Okt 2019 17:24:00 449 0

"Sazı qoy evə, müğənnilik elə"  Zaur Kamal aşıq Telli Borçalıya söz atdı

Aşıq Telli Borçalı "5/5" verilişində qonaq olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, proqrama geyindiyi zərli libası ilə aparıcı Zaur Kamalın diqqətini çəkib.

"Mən buna aşıq deyim yoxsa? Geyimindən heç aşığa oxşamırsan. Sazı qoy evə, müğənnilik elə. Onsuzda müğənnisən. Saçını da uzatmısan" deyə, Zaur söyləyib.

"Deyəsən, bu gün məndən çox xoşun gəlib" sözləri ilə Telli ona cavab verib.