Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib (FOTO)


Digərləri 11 Okt 2019 16:39:37 45 0

Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib (FOTO)

Kustar üsulla hazırlanmış araq məhsullarının tərkibinin toksikoloji normalara cavab vermədiyi müəyyən edilib

Bakı. Samir Əli - Saxta alkoqollu içkilər hazırlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, xəbər verdiyimiz kimi, sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib. Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib. Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.
Barbiyə bənzəyən qadın HEYRƏTLƏNDİRDİ like
  • 11 Okt 16:37  
Digərləri Barbiyə bənzəyən qadın HEYRƏTLƏNDİRDİ

Marsela adlı amerikalı özünü Barbiyə oxşatmaq üçün çox əziyyətlər

arrow Ətraflı
Azərbaycanda siçan mağazadan 324 manat pul apardı like
  • 11 Okt 16:33  
Digərləri Azərbaycanda siçan mağazadan 324 manat pul apardı

Saatlıda mağaza sahibinin başına tragikomik hadisə gəlib.

arrow Ətraflı
Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb like
  • 11 Okt 16:33  
Digərləri Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağl

arrow Ətraflı
Yunan-Roma güləşçilərimiz yeni baş məşqçi ilə ilk məşqini keçirdi like
  • 11 Okt 16:30  
İdman Yunan-Roma güləşçilərimiz yeni baş məşqçi ilə ilk məşqini keçirdi

Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi A

arrow Ətraflı
"Bir istirahətə 35 min xərcləyir" like
  • 11 Okt 16:28  
Şou-biznes "Bir istirahətə 35 min xərcləyir"

Aparıcı Zaur Kamal müğənni Rahidə Baxışovanın evinin təmiri üçün on

arrow Ətraflı
Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi like
  • 11 Okt 16:27  
Digərləri Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi

Rusiya İkinci dünya müharibəsinin tarixini təkrar yazmaq istəyənlərə la

arrow Ətraflı
Reper Qurddan Elzaya ÜSYAN: “Bu, nə şeirdir yazmısız?” like
  • 11 Okt 16:24  
Şou-biznes Reper Qurddan Elzaya ÜSYAN: “Bu, nə şeirdir yazmısız?”

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı məşhur repe

arrow Ətraflı
Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır like
  • 11 Okt 16:14  
Digərləri Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda “Azərbaycan KİV-lərində gender bərabərliyi

arrow Ətraflı
Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı like
  • 11 Okt 16:12  
İdman Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı

“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turu “

arrow Ətraflı
Şeymanın sinəsi açıldı, like
  • 11 Okt 16:10  
Digərləri Şeymanın sinəsi açıldı,

Aparıcı Acun Ilıcılanın keçmiş həyat yoldaşı Şeyma Subaşı sevgilisi

arrow Ətraflı
Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib like
  • 11 Okt 16:08  
Digərləri Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "Asan xidmət"

arrow Ətraflı
Almaniyada Türkiyə səfirliyinin maşınına od vuruldu  FOTO like
  • 11 Okt 16:01  
Dünya Almaniyada Türkiyə səfirliyinin maşınına od vuruldu FOTO

Almaniyanın paytaxtı Berlində Türkiyə səfirliyinə məxsus avtomobil yand

arrow Ətraflı