“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib


Digərləri 11 Okt 2019 16:44:00 286 0

“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

“Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib.

Bakı. “Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlmişdir. Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilmişdir. Həmçinin hesabatda qeyd edilmişdir ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.