Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb


Digərləri 11 Okt 2019 16:33:00 61 0

Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb.

Bakı. Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobili imzalayıb. Bəyanatda deyilir: "İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları – sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərinin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə -- 1883- cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı məqsədyönlü terror həyata keçirilir. İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Məscidin “təmir”dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq, özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinin daha bir bariz nümunəsidir. Təəsssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işgalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir. Zəbt olunmuş Azərbaycan torpaqlarında məscid, qəbirstanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən erməni ekstremistləri indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək, onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin “təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.
Yunan-Roma güləşçilərimiz yeni baş məşqçi ilə ilk məşqini keçirdi like
  • 11 Okt 16:30  
İdman Yunan-Roma güləşçilərimiz yeni baş məşqçi ilə ilk məşqini keçirdi

Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi A

arrow Ətraflı
"Bir istirahətə 35 min xərcləyir" like
  • 11 Okt 16:28  
Şou-biznes "Bir istirahətə 35 min xərcləyir"

Aparıcı Zaur Kamal müğənni Rahidə Baxışovanın evinin təmiri üçün on

arrow Ətraflı
Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi like
  • 11 Okt 16:27  
Digərləri Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi

Rusiya İkinci dünya müharibəsinin tarixini təkrar yazmaq istəyənlərə la

arrow Ətraflı
Reper Qurddan Elzaya ÜSYAN: “Bu, nə şeirdir yazmısız?” like
  • 11 Okt 16:24  
Şou-biznes Reper Qurddan Elzaya ÜSYAN: “Bu, nə şeirdir yazmısız?”

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı məşhur repe

arrow Ətraflı
Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır like
  • 11 Okt 16:14  
Digərləri Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda “Azərbaycan KİV-lərində gender bərabərliyi

arrow Ətraflı
Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı like
  • 11 Okt 16:12  
İdman Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı

“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turu “

arrow Ətraflı
Şeymanın sinəsi açıldı, like
  • 11 Okt 16:10  
Digərləri Şeymanın sinəsi açıldı,

Aparıcı Acun Ilıcılanın keçmiş həyat yoldaşı Şeyma Subaşı sevgilisi

arrow Ətraflı
Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib like
  • 11 Okt 16:08  
Digərləri Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "Asan xidmət"

arrow Ətraflı
Almaniyada Türkiyə səfirliyinin maşınına od vuruldu  FOTO like
  • 11 Okt 16:01  
Dünya Almaniyada Türkiyə səfirliyinin maşınına od vuruldu FOTO

Almaniyanın paytaxtı Berlində Türkiyə səfirliyinə məxsus avtomobil yand

arrow Ətraflı
Bu il Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşınıb like
  • 11 Okt 15:56  
Digərləri Bu il Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşınıb

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın dəmir yolları ilə Rusiy

arrow Ətraflı
Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib like
  • 11 Okt 15:55  
Digərləri Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

arrow Ətraflı
Ranyeri A seriyası klubunu çalışdıracaq like
  • 11 Okt 15:52  
İdman Ranyeri A seriyası klubunu çalışdıracaq

İtaliya A Seriyasında çıxış edən Sampdoria-nın ye

arrow Ətraflı