Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır


Digərləri 11 Okt 2019 16:14:22 237 0

Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda “Azərbaycan KİV-lərində gender bərabərliyinin və digər etik standartların gücləndirilməsi” layihəsini həyata keçirir

Bakı. Ləman Zeynalova - Avropa Şurası Azərbaycanda “Azərbaycan KİV-lərində gender bərabərliyinin və digər etik standartların gücləndirilməsi” layihəsini həyata keçirir. Trend-in məlumatına görə, bu layihə gender bərabərliyinin və digər etik standartların yerli mətbuatda təşviqinə və media vasitəsilə cəmiyyətə təsirinə yönəlib. Layihənin konkret məqsədləri aşağıdakılardır: - KİV-lər üçün milli normativ-hüquqi bazanı gender bərabərliyi baxımından təkrar nəzərdən keçirmək və onun Avropa Şurası standartlarına uyğunlaşdırılması ilə bağlı tövsiyələr vermək. - Azərbaycan KİV-lərində gender problemi ilə bağlı məlumatları, o cümlədən KİV sektorunda qadınların məşğulluğunun və Azərbaycan KİV-lərində qadınlar barədə araşdırmaların statistikasını toplamaq. - Azərbaycan Mətbuat Şurasının KİV-lərdə gender bərabərliyi və digər etik standartlar üzrə potensialını möhkəmləndirmək və Avropa Şurasının gender bərabərliyi və KİV-in azadlığı üzrə standarlarını Bakı və bölgələrdə jurnalistlər və KİV işçiləri arasında təşviq etmək.