"Efirə getməyəndə, "qara siyahı"ya salırlar"


Şou-biznes 11 Okt 2019 15:15:00 263 0

"Efirə getməyəndə, "qara siyahı"ya salırlar"

Heç bir efirlə prinsipim, qadağam yoxdur. Səhər efirlərinə getmirik. Yuxudan dura bilmirik.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı "Hər şey daxil" verilişində deyib. Sənətçi efirlərə az getməsinin səbəbini açıqlayıb. O, kanalların sənət adamlarına qoyduğu qadağalardan bəhs edib:

"Kimsə dəvət edəndə gedə bilirik, problemimiz yoxdur. Amma bəzən səhər efir deyirlər, biz axşam gələ bilirik. Çünki biz meyxanaçılar yuxudan oyanmaqda çətinlik çəkirik. Getməyəndə də deyirlər, sizi qara siyahıya salacaqlar. O da adama toxunur. Qara siyahıya baxır kimi salmaq olar, məni yox.

Neçə dəfə olub. Amma sonradan öyrənirik ki, bu hədəni aşağı yerlərdə çalışanlar gəlir. Rəhbərliyin heç bundan xəbəri olmur".