İcma rəhbəri: Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik və sosial media üzərindən davam edir


Digərləri 11 Okt 2019 15:15:00 261 0

İcma rəhbəri: Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik və sosial media üzərindən davam edir

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi. Trend-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. İcma sədri bildirdi ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda, hərbi, diplomatik və sosial media üzərindən davam edir. Gənclərimizi sosial media sahəsində aktiv olmağa çağıran icma rəhbəri ermənilərlə informasıya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Tural Gəncəliyev bəyan etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün bu gün geniş imkanlar mövcuddur və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.