"Azərbaycan qonşu ölkələrə BakıTbilisiQars dəmir yolu ilə sərnişin daşımalarının başlanmasına kömək edir"


Digərləri 11 Okt 2019 14:02:20 229 0

"Azərbaycan qonşu ölkələrə BakıTbilisiQars dəmir yolu ilə sərnişin daşımalarının başlanmasına kömək edir"

Azərbaycan qonşu ölkələrə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə sərnişin daşımalarının təşkili məqsədilə kömək edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır:

"Amma Gürcüstan və Türkiyə tərəfinin sərnişin daşımaları üçün zəruri lokomotivləri yoxdur. Mövcud lokomotivlərin isə əyləc sistemi ilə bağlı problemləri mövcuddur. Azərbaycan bu məsələlərin həll olunması üçün qonşu tərəfdaş ölkələrə hər cür kömək göstərməyə hazırdır".