BakıGəncə qatarının marşrutu Ağstafayadək uzana bilər


Digərləri 11 Okt 2019 14:31:00 274 0

BakıGəncə qatarının marşrutu Ağstafayadək uzana bilər

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə elektrik sürət qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, QSC-nin planlarına, həmçinin Şahdağ və Qəbələyə dəmir yolunun tikilməsi, Balakən istiqamətində dəmir yolunun rekonstruksiyası, dəmir yollarının elektrikləşdirilməsi, eləcə də iki yeni deponun istifadəyə verilməsi daxildir.