Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu:


Dünya 11 Okt 2019 14:48:00 304 0

Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu:

Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 türkiyəli hərbçi yaralanıb.

Yaralılar Türkiyə ərazisinə çatdırılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.