“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib (FOTO)


Digərləri 11 Okt 2019 14:24:00 242 0

“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan və Şəkidə keçirilib. AQTA əməkdaşları Xırdalan şəhəri 5 saylı tam orta məktəblə Şəki şəhəri 5 və 14 saylı tam orta məktəblərin şagirdləri ilə görüşüb. Tədbirlərdə şagirdlərə Agentliyin fəaliyyət istiqaməti və layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.