20 yaşlı futbolçudan rekord


İdman 11 Okt 2019 14:00:00 350 0

20 yaşlı futbolçudan rekord

AVRO-2020-nin seçmə mərhələsində Şimali İrlandiya ilə oyun Hollandiya yığmasının müdafiəçisi Matteys de Liqt üçün əlamətdar olub.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu yığmada yeni rekord müəyyənləşdirib.

Belə ki, 20 yaşlı de Liqt 20-ci dəfə yığmanın formasını geyinib. O, Hollandiya tarixində bu saya çatan ən gənc oyunçu olub. 2017-ci ildən "narıncılar"a dəvət edilən müdafiəçi bu ilin yayında Ajax-dan Juventus-a keçib.

Qeyd edək ki, Hollandiya - Şimali İrlandiya görüşü "portağallar"ın 3:1 hesablı zəfəri ilə bitib.