Bakı-Gəncə elektrik sürət qatarının marşrutu Ağstafayadək uzana bilər


Digərləri 11 Okt 2019 14:12:00 248 0

Bakı-Gəncə elektrik sürət qatarının marşrutu Ağstafayadək uzana bilər

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə elektrik sürət qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır

Bakı. Kəmalə Məmmədli - “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə elektrik sürət qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, QSC-nin planlarına, həmçinin Şahdağ və Qəbələyə dəmir yolunun tikilməsi, Balakən istiqamətində dəmir yolunun rekonstruksiyası, dəmir yollarının elektrikləşdirilməsi, eləcə də iki yeni deponun istifadəyə verilməsi daxildir.