XİN: Əminik ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək


Digərləri 11 Okt 2019 14:06:00 206 0

XİN: Əminik ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bakı. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin