"Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib"


Digərləri 11 Okt 2019 13:58:00 390 0

"Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib"

Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib.

Son.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə sülhün tərəfdarıdır:

"Məhz bu səbəblə də Türkiyə bundan əvvəl Suriyada "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları keçirib, indi isə "Sülh bulağı" əməliyyatına başlayıb".

Ə.Uzun bildirib ki, əsrlər boyunca türklər və kürdlər bu ərazilərdə dinc şəkildə yaşayıb və "Sülh bulağı" əməliyyatı etnik kürdlərə qarşı yönəlməyib.