"Nobel" sülh mükafatı ona verildi


Dünya 11 Okt 2019 13:36:00 281 0

"Nobel" sülh mükafatı ona verildi

Bu gün Norveçdə 2019-cu il "Nobel həftəsi" çərçivəsində sülh mükafatı təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, mükafatı Efiopiyanın Baş naziri Abiy Əhməd əldə edib.

O, Efiopiya-Eritreya münaqişəsində sülh naminə fəaliyyətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 14-də son olaraq iqtisadiyyat üzrə "Nobel" mükafatı təqdim olunacaq.