Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır? - Nazirlik elan verdi (FOTO)


Digərləri 11 Okt 2019 13:30:00 241 0

Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır? - Nazirlik elan verdi (FOTO)

Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir.

Bakı. Samir Əli - Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.